26 Yanvar 2024 / 07:29

KORRUPSİYA İLƏ BAĞLI 172 CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər səbəbindən ötən il 248 şəxs barəsində 172 iş məhkəməyə göndərilib.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, 2022-ci ildə isə 320 şəxs barəsində 235 iş məhkəməyə göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!