Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinin şüarı “Biz birlikdə güclüyük – Rusiyaya səs ver!” ifadəsi olacaq.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Panfilova komissiyanın iclasında deyib: “İlk növbədə, qarşıdan gələn prezident seçkilərinin şüarını təqdim etmək istərdim. O, belə olacaq: “Biz birlikdə güclüyük – Rusiyaya səs ver!”.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri mart ayında keçiriləcək. Əsas səsvermə üç gün ərzində – martın 15-dən 17-dək keçiriləcək. Erkən dövr fevralın 25-də başlayacaq və martın 14-də başa çatacaq.
Üç günlük səsvermə, əvvəllər Pamfilovanın izah etdiyi kimi, bir gündə bunu edə bilməyən ruslara, məsələn, iş qrafikinə görə seçki məntəqəsinə getməyə imkan verəcək.
E.ŞİRİNOV