Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa İttifaqı Şurası Rusiyadan olan dörd fiziki və bir hüquqi şəxsə, o cümlədən Təhlükəsiz İnternet Liqasına və təşkilatın rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiyalar tətbiq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə şuranın bəyanatında deyilir.
“Bu gün Şura Aİ-nin insan hüquqlarının sanksiya rejimi çərçivəsində dörd fiziki və bir hüquqi şəxsə qarşı əlavə məhdudlaşdırıcı tədbirləri təsdiqləyib”, – deyə məlumatda bildirilir. Sanksiyalara “Rusiya məhkəmə sisteminin üç əməkdaşı”, Təhlükəsiz İnternet Liqası və təşkilatın rəhbəri Yekaterina Mizulina daxildir.
E.ŞİRİNOV