5 Fevral 2024 / 14:48

NİDERLANDDAN ZELENSKİYƏ 6 “F-16” HƏDİYYƏSİ

Bu dəfə Niderland Ukraynaya əlavə 6 ədəd F-16 qırıcısı tədarük etməyi planlaşdırır.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Niderland Ukraynaya tədarük üçün 6 ədəd F-16 hazırlayır. Onlar daha əvvəl vəd edilən 24 qırıcıya əlavə olunaraq tədarük olunacaq”, – nazir vurğulayıb.

Ötən şənbə isə Ukrayna PUA-ları Rusiyanın neftayırma zavodunu partladıb…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!