6 Fevral 2024 / 09:07

XARKOV VƏ DNEPROPETROVSKDƏ HAVA HÜCUMU XƏBƏRDARLIĞI ELAN EDİLİB

Ukraynada Xarkov və Dnepropetrovsk vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Tezadlar.az xəbər verir ki, bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.

Zaporojye və Xerson vilayətlərinin Kiyev hakimiyyətinin nəzarətində olan hissələrində də həyəcan siqnalları qeydə alınıb.

Bundan əvvəl Ukraynanın Xarkov şəhərində partlayışlar baş verib.

​ E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!