8 Fevral 2024 / 07:17

ŞÜVƏLANDA MƏİŞƏT ƏŞYALARI OĞURLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN SAXLANILIB

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində evlərin birindən 3 min 400 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Tural Quliyev saxlanılıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!