Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Fevral 2024 / 07:41

UKRAYNANIN İKİ VİLAYƏTİNDƏ HAVA HÜCUMU XƏBƏRDARLIĞI ELAN EDİLİB

Bu gün səhər Ukraynanın Dnepropetrovsk və Kirovoqrad vilayətlərində hava hücumu xəbərdarlığı səslənib.

Məlumatı ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsi təsdiq edir.

İdarənin məlumatına görə, Dnepropetrovsk vilayətində həyəcan siqnalları Bakı vaxtı ilə saat 10:43-də səslənib, altı dəqiqə sonra isə Kirovoqrad vilayətində elan edilib.

Şənbə gecəsi “Strana” nəşri Nikolaev vilayətinin Oçakov şəhərində, Xarkov və Odessada partlayışlar baş verdiyini, burada da hava hücumu xəbərdarlığının səsləndiyini bildirib.

Zərbələr enerji, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə endirilir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!