10 Fevral 2024 / 07:56

BİR STƏKAN ÇAY KÖRPƏ QIZI XƏSTƏXANALIQ ETDİ

Doqquz aylıq qız stəkan isti çayı üstünə tökərək ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə bu gün Leninqrad vilayətinin Yam-Tesovo kəndindəki evlərdən birində baş verib. Bədəninin 15%-i yanıq xəsarətləri alan uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“O, üzü, qulağı, boynu, döş qəfəsi, mədəsi və çiyin nahiyəsindən yanıq xəsarətləri alıb”, – mənbə bildirib.

İndi həkimlər onun həyatı üçün mübarizə aparırlar. Hadisənin digər təfərrüatları müəyyənləşdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!