15 Fevral 2024 / 12:02

ƏRDOĞAN PUTİNİN RUSİYA İLƏ UKRAYNA ARASINDA APARILAN DANIŞIQLARLA BAĞLI DEDİKLƏRİNİ SƏMİMİ ADLANDIRIB

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı İstanbul danışıqlarından danışarkən səmimi idi.

Tezadlar.az xəbər verir ki, TRT-nin verdiyi məlumata görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Putinin bu bəyanatlarında səmimilik var. İstanbul Prosesi çərçivəsində keçirilən görüşlərdə hər cür səmimi addımlar atdıq. Nazirlər Rusiya tərəfi ilə görüşlər keçiriblər. Biz nəticələrə diqqət yetirərək çalışdıq, lakin sülhü bərqərar edə bilmədik”, – deyə Ərdoğan bildirib.

Putin daha əvvəl demişdi ki, Qərb dövlətləri Moskva və Kiyev arasında İstanbul razılaşmalarını poza bilər, çünki onlar Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə ümid edirlər. O qeyd edib ki, 2022-ci ilin yazında Böyük Britaniyanın keçmiş baş naziri Rusiya və Ukrayna danışıqlar apararkən Kiyevə səfər edib.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!