16 Fevral 2024 / 06:06

BELQORODDA HÜCUMUN QURBANI OLAN 14 NƏFƏR XƏSTƏXANADA MÜALİCƏ ALIR

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Belqoroda dünənki hücumu nəticəsində 14 nəfərə həkimlər stasionar yardım göstərir, daha 5 nəfər isə ambulator müalicə alır.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.

“Ukraynalı millətçilərin Belqorodda ticarət mərkəzini atəşə tutmasının qurbanı olan 14 nəfər stasionar müalicə almağa davam edir, onların vəziyyəti stabildir, daha 5 nəfər isə ambulator müalicə alır”, – o deyib.

Qurbanlardan dördü Moskvaya aparılıb, onlar Səhiyyə Nazirliyinin müvafiq federal mərkəzlərinə gediblər, – Kuznetsov bildirib.

​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!