18 Fevral 2024 / 11:54

RUSİYA ORDUSU AVDİYEVKANI AZAD EDƏRƏK 8,6 KM İRƏLİLƏYİB

Fevralın 17-də Rusiya Silahlı Qüvvələri DXR-də Avdiyevkanı azad edərək 8,6 km dərinliyə qədər irəliləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fevralın 17-də hücum əməliyyatları zamanı Mərkəz qoşun qrupunun bölmələri Donetsk Xalq Respublikasının Avdiyevka şəhərini tamamilə azad edərək 8,6 km dərinliyə qədər irəliləyiblər. Azad edilmiş ərazinin ümumi sahəsi 31,75 kv.km təşkil edib. Düşmən 1500-dən çox hərbi qulluqçusunu itirib”, – departamentdən bildirilib.

​​​​​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!