Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bundestaq alman müxalifətinin Ukraynaya “Taurus” raketlərinin verilməsini tələb edən qətnaməsinin əleyhinə səs verib.
Sənəd Almaniya hökumətini “Rusiyanı ekzistensial təhlükə kimi tanımağa” və Moskvaya qarşı sanksiyalar rejimini sərtləşdirməyə çağırır. Bundan əlavə, qətnamədə deyilir ki, alman hakimiyyət orqanları “Ukraynaya tələb olunan və Almaniyanın əldə etdiyi döyüş sistemləri, o cümlədən “Taurus” da daxil olmaqla, Rusiyaya qarşı mübarizədə döyüş sursatları ilə dərhal dəstək verməli və bu məsələdə Avropada liderlik və koordinasiyanı öz üzərinə götürməlidir”.
Məlumata görə, Almaniya parlamenti iclas zamanı müxalifətdəki Xristian Demokrat İttifaqının (XDİ) “Taurus”un Ukraynaya verilməsi ilə bağlı qətnamə layihəsini rədd edib.
E.ŞİRİNOV