Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində iki Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 23-də Moskva vaxtı ilə saat 10:20 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayətinin ərazisi üzərindən keçən iki pilotsuz uçan aparatı məhv edib”, – deyə nazirlikdən bildiriblər.
Bundan əvvəl Kursk vilayətinin qubernatoru Roman Starovoyt bölgədə hava hücumundan müdafiə qüvvələrinin işi barədə məlumat verib.
E.ŞİRİNOV