Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı hər hansı açıqlama daxil olmayıb.
Tezadlar.az bildirir ki, bu barədə KTMT Katibliyi məlumat yayıb.
“Bu günə qədər KTMT Katibliyinə İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama verilməyib. İştirakın dondurulması tezisinə gəlincə, görünür, söhbət Ermənistan Respublikasının təşkilatın son vaxtlar həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, – deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində respublikanın KTMT-də iştirakını dayandırdığını bildirib.
E.ŞİRİNOV