29 Fevral 2024 / 13:56

KRIM ÜZƏRİNDƏ UKRAYNAYA MƏXSUS PUA VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Krım üzərində Ukrayna təyyarəsi tipli pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fevralın 29-da saat 15:45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Növbətçi hava hücumundan müdafiə sistemləri Krım Respublikası ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, – departamentdən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!