Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Oktyabr 2021 / 08:40

RUSİYADA ZAVODDA YANĞIN NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 16-YA ÇATIB

Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunun barıt sexində baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

TASS agentliyi xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən həlak olanlardan 12-sinin cəsədləri aşkarlanıb.

Təcili xidmət orqanlarından bildiriblər ki, zavodun barıt sexi partlayıçılar istehsalı və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan kompaniyaya məxsusdur.

Qeyd edək ki, zavod yaşayış məntəqəsindən iki kilometr aralıda yerləşdiyindən əhali üçün təhlükə yoxdur.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!