2 Mart 2024 / 09:50

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLINƏN ÖZÜNƏ XƏSARƏT YETİRİB

Martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Tezadlar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G.Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!