4 Mart 2024 / 08:25

XANKƏNDİDƏ QARAJDAN XEYLİ SİLAH-SURSAT VƏ MARİXUANA TAPILIB

Xankəndidə bu dəfə də xeyli silah tapılıb, həmçinin narkotika.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə DİN-in Mətbuat Xidmətinin  rəisi Elşad Hacıyev məlumat verib.

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb”, – deyə o, qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!