4 Mart 2024 / 11:32

BRYANSK VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS PİLOTSUZ TƏYYARƏ VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məlumat verilib.

“Martın 4-də Moskva vaxtı ilə saat 13:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, – departamentdən bildirilib.

Regional qubernator Aleksandr Boqomazın Telegram kanalında verdiyi məlumata görə, Starodub bələdiyyə dairəsi üzərində təyyarə tipli PUA məhv edilib. Dağıntı və xəsarət alan olmayıb, – o əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!