Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ən yaxşı demokratiyaya malikdir.
Tezadlar.az xəbər verir ki, o, bunu martın 6-da Siriusda keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində keçirilən “Bilik. Birinci” marafonunda çıxışı zamanı deyib.
“Biz daha demokratiyamızın tənqidinə dözməyəcəyik. Bizim demokratiyamız ən yaxşısıdır. Və biz onu qurmağa davam edəcəyik”, – o deyib.
Peskov həmçinin qeyd edib ki, Rusiya xalqın ehtiyac duyduğu seçkilər keçirəcək və dövlətin həyatına, siyasətinə və daxili işlərinə xarici müdaxilələrə dözməyəcək.
Ancaq eyni zamanda, Moskva bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərə hazır olan bütün ölkələr üçün açıq qalacaq.
E.ŞİRİNOV