11 Mart 2024 / 08:38

RUSİYA BELQOROD ÜZƏRİNDƏ UKRAYNAYA MƏXSUS PUA-NI VURUB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 11-də Moskva vaxtı ilə saat 10:15 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri ilə Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edilib”, – deyə onlar bildiriblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!