12 Mart 2024 / 09:04

EPP-NİN ERMƏNİ CİNAYƏTKARLARA “HƏRBİ ƏSİR” DONU GEYİNDİRMƏK ABSURDLUĞU

Martın 19-da EPP (Avropa Xalq Partiyası) fraksiyasının Bolqarstandan olan deputatı Andrey Kovaçevin təşəbbüsü ilə Avropa Parlamentində “Azərbaycandakı erməni hərbi əsirləri” adlı tədbir keçiriləcək.

 TEZADLAR.AZ xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkə hesabında bildirib.

Hüquq müdafiəçi EPP-nin bu cəfəngiyyatının “nonsnes” olduğunu bildirib.

 “Mən indiyədək müharibə cinayətlərində təqsirləndirlən şəxslərin “əsir”,”siyasi məhbus” adlandırlmasını müşahidə edirəm. Bu, beynəlxalq hüquq praktikasında nonsnesdir”, – deyib.

 O, həmçinin vurğulayıb ki,  bu hallara artıq təccüblənməli deyilik, sadəcə nəticə çıxarmalıyıq.

 

JASMİN

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!