12 Mart 2024 / 12:18

İL-76-NIN EKİPAJININ HƏLAK OLAN PİLOTLARININ AİLƏLƏRİNƏ LAZIMİ YARDIM GÖSTƏRİLƏCƏK

İvanovo hakimiyyəti İvanovo yaxınlığında qəzaya uğrayan İl-76 təyyarəsinin ekipajının həlak olan pilotlarının ailələrinə yardım göstərəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Qubernator Stanislav Voskresenski İl-76 ekipajının həlak olan pilotlarının ailələrinə başsağlığı verib və bütün lazımi yardımların göstərilməsini tapşırıb”, – deyə məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, rayon rəhbəri hadisə yerinə gəlib. Ərazidə operativ qərargah yaradılıb və bütün xidmətlər işləyir. Heç bir yaşayış məntəqəsinə ziyan dəyməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!