19 Mart 2024 / 10:35

XİN RUSİYALI DİPLOMATIN MOLDOVADAN ÇIXARILMASINA CAVAB VERƏCƏK

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində Moldova hakimiyyətinin Rusiya səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi və ölkədən çıxarılması qərarına cavab verəcək.

“Biz cavab verəcəyik”, – o deyib.

Xatırladaq ki, martın 19-da Rusiya səfiri Oleq Vasnetsov Dnestryanıda Rusiya prezidenti seçkiləri üçün seçki məntəqələrinin açılması ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Həmin gün ona diplomatik nümayəndəlik əməkdaşlarından birinin “persona non-qrata” elan edilməsi və respublika ərazisini tərk etməli olduğu barədə bildiriş verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!