Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Crocus City Hall-da terror aktı törədən 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov prezident Vladimir Putinə Crocus City Halldakı terror aktında bilavasitə əli olan 4 terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib”, – mətbuat xidməti bildirib.
Bortnikov Putinə FTX-nin Crocus City Hall-da terror aktını törədənlərin ortaq bazasının müəyyən edilməsi üzrə gördüyü işlər barədə də məlumat verib.
E.ŞİRİNOV