23 Mart 2024 / 10:09

CROCUS CİTY HALL-DA ÖLƏNLƏRİN SAYI 115-Ə ÇATIB

Moskva vilayətində Crocus City Hall-da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115-ə çatıb, dağıntılar təmizlənərkən daha çox cəsəd tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Crocus City Hall konsert zalında terror aktı baş verən yerdə fövqəladə hallar xidməti dağıntıları təmizləyərkən daha çox ölənlərin cəsədi tapılıb. Beləliklə, hazırda ölənlərin sayı 115 nəfər təşkil edir”, – deyə mətbuat xidmətindən bildirilib.

İstintaq Komitəsi əlavə edib ki, axtarış işləri davam edir.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!