30 Mart 2024 / 14:53

BELQOROD VİLAYƏTİNDƏ UKRAYNAYA MƏXSUS DAHA İKİ PİLOTSUZ TƏYYARƏ VURULUB

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Belqorod vilayətində Ukraynaya məxsus daha iki pilotsuz uçuş aparatını (PUA) vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 30-da Moskva vaxtı ilə saat 16:50 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını məhv edib”, – departamentdən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!