Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


NATO ölkələrindən Ukraynaya hərbi təchizat könüllü yox, məcburi şəkildə həyata keçirilməlidir.
Tezadlar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər orqanları rəhbərlərinin Brüsseldə keçirilən görüşünə gələrkən jurnalistlərə bildirib.
“Biz dəstəyimizin dinamikasını dəyişməliyik. Müharibə boyu Ukraynaya etibarlı və proqnozlaşdırıla bilən təhlükəsizlik yardımı göstərməliyik. Ona görə də biz könüllü töhfələrə daha az və daha çox NATO öhdəliklərinə, qısamüddətli yardıma daha az, çoxillik öhdəliklərə daha çox etibar etməliyik”, – o deyib.
E.ŞİRİNOV