5 Aprel 2024 / 07:36

“UKRAYNANIN NATO-YA QƏBULU MÜNAQİŞƏNİ UZADACAQ VƏ AVROPANI MƏHV EDƏCƏK”

Ukraynanın NATO-ya daxil olması münaqişəni yarım əsr uzadacaq və Avropanın dağılmasına səbəb olacaq.

Tezadlar.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının üzvü, “Qalx Fransa” partiyasının lideri Nikola Düpon-Aignan “Franceinfo”-ya açıqlamasında deyib.

Siyasətçi hesab edir ki, Fransa hakimiyyətinin hazırkı kursu ukraynalılara kömək etməyə deyil, Amerikanın hərbi sənayesini və lobbisini aktivləşdirməyə yönəlib.

“Ukraynanın NATO-ya daxil edilməsi, nəhayət, yarım əsrdir ki, müharibəni kökündən salmaq və Avropa qitəsini məhv etmək deməkdir”, – o deyib.

Xatırladaq ki, 2022-ci ildə Zelenski ölkənin sürətləndirilmiş şəkildə alyansa qoşulması üçün ərizə verdiyini açıqlamışdı. Bununla belə, NATO bəyan edib ki, Ukraynanın silahlı münaqişə zamanı üzv olması qeyri-mümkündür.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Ukraynanın alyansa daxil olması Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!