8 Aprel 2024 / 10:46

TÜRKİYƏ BU BEYNƏLXALQ LAYİHƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN ƏRİZƏ TƏQDİM EDİB

Türkiyə Rusiya və Çinin təşkil etdiyi Beynəlxalq Elmi Ay Stansiyası layihəsində iştirak üçün müraciət göndərib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç məlumat verib.

“Beynəlxalq Ay Stansiyasında digər ölkələrin də iştirakı planlaşdırılır; bu, təkcə Rusiya-Çin və ya Çin-Rusiya stansiyası deyil. Stansiyada iştirak üçün Türkiyədən, məsələn, başqa ölkələrdən müraciətlər var”, – deyə o, qarşıdan gələn Kosmonavtika Gününə həsr olunmuş mətbuat konfransında bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!