11 Aprel 2024 / 06:17

BU GÜN BMT TƏHLÜKƏSİZLİK ŞURASI UKRAYNA İLƏ BAĞLI İCLAS KEÇİRƏCƏK

Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi dünya təşkilatının Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasını elan edib.

“Bu gün, aprelin 11-də Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası keçiriləcək”, – məlumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının brifinqi zamanı Ukrayna ordusunun Zaporojye AES-ə hücumları ilə bağlı məsələ qaldırılacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyi Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasının binasına hücumunu nüvə təhlükəsizliyinə təhdid hesab etmir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!