Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2024 / 11:11

MACARISTAN MƏRKƏZİ AMERİKA İLƏ İTTİFAQ YARADACAQ

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt dünyanın əks bloklara bölünməsinə qarşı çıxmaq üçün Panama, eləcə də digər Mərkəzi Amerika ölkələri ilə ittifaq yaratmağa çalışır.

“Dünya blok sisteminin dirçəldilməsi istiqamətində yüksək sürətlə irəliləyir. Biz onun yenidən parçalanmasını istəmirik”, – deyə Siyarto bildirib: “Biz maraqları dünyada blokların yaradılmasına qarşı yönəlmiş Mərkəzi Amerika dövlətləri ilə ittifaq yaradırıq. Onlar dünya tarixinin gələcək dövrünün möhkəm əlaqələrin qurulmasına və azad ticarətə həsr olunmasında maraqlıdırlar”.

Bundan əvvəl Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas bildirib ki, Budapeşt NATO ölkələrinin Ukrayna münaqişəsinə qarışmasından ehtiyat edir, alyans hadisələrin müvafiq inkişafına hazırlaşır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!