19 Aprel 2024 / 04:07

NBC: ABŞ İSRAİLİN İRANA HÜCUMUNDA İŞTİRAK ETMƏYİB

ABŞ İsrailin İrana hücumunda iştirak etməyib, lakin bununla bağlı xəbərdarlıq edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbəyə istinadən NBC telekanalı məlumat yayıb.

“Bloomberg” daha əvvəl bildirmişdi ki, İsrail cümə axşamı ABŞ-a yaxın 24-48 saat ərzində İslam Respublikasına zərbə endirmək niyyəti barədə məlumat verib.

ABC telekanalı daha əvvəl Amerika rəsmisinə istinadən İsrailin İrandakı obyektə raket hücumu təşkil etdiyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!