Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynanın Dnepr şəhərində (keçmiş Dnepropetrovsk) partlayışlar baş verib.
Tezadlar.az bildirir ki, bu barədə “TSN” və “RBC-Ukrayna” xəbər verir.
Yerli ictimai səhifələrdə yayılan xəbərlərə əsasən, partlayışlardan biri Dnepr ətrafında baş verib və güclü olub.
Hadisənin təfərrüatları açıqlanmır.
Moskva vaxtı ilə saat 9.13-dən etibarən Dnepropetrovsk vilayətinin bütün ərazisində hava hücumu xəbərdarlığı qüvvədədir.
Sirenlər qonşu Ukrayna vilayətlərində – Nikolayev, Odessa, Kirovoqrad, Xarkov, eləcə də Çerkassı, Poltava və Sumi vilayətlərində də fəaliyyət göstərir.
Bundan əvvəl Kiyevin nəzarətində olan Zaporojye və Odessa şəhərlərində də partlayışların baş verdiyi bildirilirdi.
E.ŞİRİNOV