Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyə Fələstinə dəstəyini dayandırmayacaq və İsrail Qəzzada soyqırım törətdiyi zaman səssiz qalmayacaq.
Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ona qarşı antisemitizm ittihamlarını rədd etdi və heç kimin ürəyinə və ya iradəsinə “zəncir vurmayacağını” vurğulayıb.
“İsrail administrasiyası bizi antisemitizmdə ittiham etməklə bizi susdura biləcəyinə inanır. Nə etsəniz də, nə qədər çalışsanız da, faydasızdır. Tayyib Ərdoğanın ürəyinə və ya iradəsinə zəncir vura bilməzsiniz”, – o, İstanbulda deyib.
Parlamentlərarası Qüds Platformasının konfransında “Biz Allaha inandığımız üçün yolumuzdan dönməyəcəyik və heç kim Qəzzada törədilən soyqırım qarşısında susmamızı gözləməməlidir”, – Ərdoğan bildirib.
Parlamentlərarası Qüds Platforması 2015-ci ildə Fələstinə dəstək məqsədilə yaradılıb.
E.ŞİRİNOV