Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tümen vilayətinin Abatskoye kəndində küçələri su basması təhlükəsi ilə əlaqədar sakinlərin təcili təxliyəsi elan edilib.
Tezadlar.az bildirir ki, bu barədə Abat bələdiyyəsinin başçısı İqor Vasilyev Telegram kanalında məlumat verib.
“Abatskoye kəndinin sakinlərinin təcili evakuasiya edilməsini elan etməli olduğum an gəlib çatdı, kəndimizin küçələrini su basması təhlükəsi var”, – o, yayımladığı videomüraciətdə bildirib.
Daha əvvəl Tümen vilayəti hökumətinin informasiya mərkəzi məlumat vermişdi ki, Moskva vaxtı ilə saat 06:00-a olan məlumata görə, Abatskoye kəndi yaxınlığında İşim çayında sutka ərzində suyun səviyyəsi 22 sm artaraq 1197 sm təşkil edib.
E.ŞİRİNOV