30 Aprel 2024 / 05:03

MEHRİBAN ƏLİYEVADAN ŞAHMATÇIMIZA TƏBRİK MESAJI

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı təbrik edib.

Tezadlar.az M.Əliyevanın sosial platformasına istinadla bildirir ki, təbrik Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində paylaşılıb. Təbrikdə deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!