2 May 2024 / 03:59

EVİN QARAJI YANIB – BİR NƏFƏRİN MEYİTİ TAPILIB

Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaq

və qarajdan ibarət evin 1-ci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən TEZADLAR.AZ-a bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!