3 May 2024 / 04:46

ÖTƏN GECƏ PAYTAXTDA NƏQLİYYAT SİSTEMİ İFLİC OLUNDU

Ötən gecə Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq genişmiqyaslı aksiya davam edib…

Tezadlar.az xəbər verir ki, Qəhrəmanlar meydanına yürüş edən minlərlə etirazçı artıq 1 saatdan çoxdur, paytaxtın əsas nəqliyyat qovşağını tutaraq avtomobillərin hərəkətini bloklayıb. Nəticədə şəhərin bir sıra mərkəzi küçələrində nəqliyyat iflic olub, böyük tıxaclar yaranıb. Nümayişçilər qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirir, Gürcüstanın dövlət himnini oxuyublar.

Ölkədə siyasi gərginlik isə məlum səbəbdən artmaqda davam edir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!