13 May 2024 / 13:52

İRƏVANDA KÜÇƏ ETİRAZLARI ZAMANI SAXLANILAN 156 NƏFƏRİN HAMISI AZAD EDİLİB

“Vətən adına Tavuş” müxalifət hərəkatının çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlayan 156 vətəndaş fəalın hamısı sərbəst buraxılıb.

Tezadlar.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Gün ərzində polisin qanuni tələblərinə tabe olmadıqları üçün 156 vətəndaş polis bölmələrinə aparılıb”, – deyə idarədən bildirilib.

“Vətən üçün Tavuş” hərəkatı dörd kəndin Bakıya verilməsini nəzərdə tutan Tavuş vilayətində Azərbaycanla sərhədin birtərəfli delimitasiyası və demarkasiyası prosesinə etiraz edərək Ermənistanın hər yerində hərəkətləri əlaqələndirir.

Hərəkatın lideri arxiyepiskop Baqratdır ki, ona qarşı son günlər Ermənistan hakimiyyəti və Qərb təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif media qurumları, bloqçular və ekspertlər informasiya müharibəsinə başlayıblar. Xüsusilə, onlar keşişi ölkədə müxalifət hərəkatı təşkil etmək üçün Rusiya Federasiyasından guya maliyyə almaqda ittiham edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!