Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İran xarici işlər nazirinin müavini Əli Baqeri Kani Hüseyn Əmir Abdullahianın ölümündən sonra nazir səlahiyyətlərini icra edəcək.
“Respublikanın birinci vitse-prezidenti Məhəmməd Möhbərin sərəncamı ilə Əli Baqeri hökumətin beynəlxalq əlaqələr komitəsinin rəhbəri seçilib”, – “Tasnim” agentliyi xəbər verir.
Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.
Qəza zamanı helikopter tamamilə yanıb.
İranda beş günlük matəm elan edilib.
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra edəcək.
E.ŞİRİNOV