21 May 2024 / 11:29

Aİ ZELENSKİNİN UKRAYNA PREZİDENTİ KİMİ LEGİTİMLİYİNƏ ŞÜBHƏ ETMİR

Avropa İttifaqının Vladimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyinə heç bir şübhəsi yoxdur.

Tezadlar.az xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ-nin Xarici Xidmətin nümayəndəsi Piter Stano deyib.

“Ukrayna cəmiyyəti və əsas siyasi partiyalar qanuni prezidentin kim olduğuna şübhə etmir. Həm də Ukrayna prezidentinin kim olduğuna şübhəmiz yoxdur. Bu, Zelenskidir”,  – o deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!