Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2024 / 08:11

HERŞ: BAYDENİN DÜNYANI OLDUĞU KİMİ GÖRƏ BİLMƏMƏSİ ONUN YENİDƏN SEÇİLMƏSİNƏ TƏHLÜKƏ YARADIR

ABŞ prezidenti Co Baydenin dünyanı dəqiq görə bilməməsi onun yenidən seçilməsini təhlükə altına qoyur.

Tezadlar.az xəbər verir ki, bu barədə amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş öz “Substack” bloqunda mənbələrə istinadən yazıb.

“Prezident Co Baydenin qocalması və nitq söyləməkdə çətinlik çəkməsi onun yenidən seçilməsinə təhlükə yaradan yeganə şey deyil. Digər maneə onun uzun müddətdir dünyanı olduğu kimi görə bilməməsidir”, – jurnalist qeyd edib.

Herşin sözlərinə görə, Bayden Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşmək üçün “heç bir səy göstərməyib”. Bu səbəblərə görə, publisist hesab edir ki, Baydenin mart ayında Konqresin Nümayəndələr Palatasında və Senatda illik Birliyin Vəziyyəti mesajı ilə çıxışı onun ABŞ prezidenti kimi “son belə çıxışı ola bilər”.

81 yaşı olan demokrat Bayden ictimai çıxışlarında tez-tez müxtəlif qeyd-şərtlər edir. Respublikaçılar bundan onun dövlətə rəhbərlik etmək üçün əqli və fiziki qabiliyyətini şübhə altına almaq üçün partizan döyüşündə istifadə edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!