Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Qəzaya düşən helikopterin qalıqlarında heç bir atəş izi və ya oxşar zədə izləri aşkar edilməyib”.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı ilkin məlumat yayıb. Bu barədə İRNA agentliyi xəbər yayıb.
TEZADLAR.AZ xəbər verir ki, hesabatda baş verənlərin bəzi təfərrüatlarını nəzərdən keçirmək üçün “daha çox vaxta ehtiyac olduğu” qeyd edilib.
İlkin araşdırmaya görə, helikopter nəzərdə tutulan marşrut üzrə hərəkət edib və uçuş marşrutunu dəyişməyib. Qəzadan təxminən bir dəqiqə yarım əvvəl qəzaya uğrayan helikopterin pilotu uçuş heyətində olan digər iki helikopterlə əlaqə saxlayıb.
“Qəzaya düşən helikopterin qalıqlarında heç bir atəş izi və ya oxşar zədə izləri aşkar edilməyib”, – hesabatda qeyd edilir.
Baş Qərargahın məlumatına görə, helikopter dağla toqquşduqdan sonra yanıb. İstintaq göstərdi ki, dispetçerlərlə ekipaj arasında söhbətlərdə “şübhəli heç nə müşahidə olunmayıb”.
JASMİN