Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2024 / 14:50

ERMƏNİSTAN MÜXALİFƏTİ PAŞİNYANIN SİYASİ HƏYATININ BİTDİYİNİ ELAN EDİB

Ermənistanda müxalifət ölkənin baş naziri Nikol Paşinyanın siyasi həyatının tezliklə başa çatması ilə bağlı bəyanatla çıxış edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Paşinyanın istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, baş nazir siyasi karyerasını başa vurmaq üzrədir.

“Açıq deyirəm, siz siyasi həyatınızın son günlərini yaşayırsınız. Bunu yaxşı xatırla, Nikol Paşinyan. Qanunsuzluğa, konstitusiya pozuntularına son qoyulacaq… və siz bütün məsuliyyəti daşıyacaqsınız… Mən çox aydın danışıram”, –  arxiyepiskop jurnalistlərlə söhbətində deyib.

Qalstanyan vurğulayıb ki, onun fikrincə, Ermənistanda hüquqi və mənəvi baxımdan heç bir güc yoxdur. O əlavə edib ki, etirazçılar mümkün repressiyalardan qorxmurlar.

“Bütün bunlar bitməlidir, başqa cür ola bilməz”, – etirazçıların lideri bildirib.

Bundan əvvəl Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının etirazları fonunda çıxış edib. Baş nazir bildirib ki, erməni kilsəsi “təsir agenti”dir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!