Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2024 / 14:20

PARLAMENT SABAH XARİCİ AGENTLƏR HAQQINDA QANUNA VETONU LƏĞV EDƏCƏK

Gürcüstan parlamenti mayın 28-də keçiriləcək plenar iclasında prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qoyduğu vetonu mütləq ləğv edəcək.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili mətbuat konfransında deyib.

“Sabah çərşənbə axşamıdır, ilk olaraq siyasi bəyanatlar olacaq. Təxminən iki-üç saat davam edəcək suallar, cavablar, çıxışlar olacaq, düşünürəm ki, proses sabah başa çatacaq və təbii ki, parlament bu vetonu mütləq aradan qaldıracaq”, – Papuaşvili bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!