Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 May 2024 / 07:38

MEDVEDEV ABŞ-I TERRORÇULARA YARDIM ETMƏKDƏ İTTİHAM EDİB

ABŞ bu gün Kiyev neonasist rejimini bəslədiyi üçün terrorçuların şərikinə çevrilib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O qeyd edib ki, Vaşinqtondakı hazırkı administrasiya və “zəif iradəli avropalı bürokratların” razılığı ilə Rusiyada hibrid müharibəsi elan edilib.

“Vaşinqton Bandera hökumətini maliyyələşdirir, ölkəmizin mülki əhalisinə qarşı terror aktlarını təşviq edir və açıq şəkildə degenerasiyalara silah verir”, – siyasətçi vurğulayıb.

Təhlükəsizlik Şurası rəhbərinin müavini xəbərdarlıq edib ki, dünyanın ən iyrənc rejimlərini dəstəkləmək ABŞ üçün yaxşı nəticə verməyəcək. O, həmçinin bildirib ki, ABŞ prezidenti Co Bayden ölkəsinin faşizm üzərində qələbəsindən və Avropanın azadlığından danışarkən, qocalıq demensiyasını nümayiş etdirmir, əksinə, tarixi düzəltmək üçün şüurlu bir xətt aparır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!