Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2024 / 08:14

ERMƏNİSTAN DİN-İN RƏHBƏRİ MÜXALİFƏT LİDERİ İLƏ GÖRÜŞƏ HAZIR OLDUĞUNU AÇIQLAYIB

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Tavuş Vətən naminə” müxalifət hərəkatının lideri Baqrat Qalstanyana və jurnalistlərə bildirib ki, daxili işlər naziri Vahe Qazaryan onunla görüşməyə hazırdır, lakin “bu, (küçə) formatında” deyil.

“Nazir (Qalstanyanla – RED.) görüşməyə hazırdır, lakin bu, [küçə] formatda deyil”, – Sarkisyan bildirib.

Tezadlar.az xəbər verir ki, yerli xəbər portalları Daxili İşlər Nazirliyinin binasından yayımlanır.

İndi Baqrat Qalstanyan polis rəisi Aram Hovhannisyanla əlaqə saxlayır, o da nazirin müxalifət lideri ilə görüşməyə hazır olduğunu təsdiqləyib.

Bundan əvvəl Qalstanyan nazirlə görüş tələb edib və tərəfdarları ilə Daxili İşlər Nazirliyinin binasına gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!