Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2024 / 09:51

MİNSK PLATFORMASI UKRAYNA ÜZRƏ DANIŞIQLAR ÜÇÜN AÇIQDIR

Minsk platforması Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara açıqdır.

Tezadlar.az xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik deyib.

“Biz münaqişənin baş verməsinin səbəblərini çətin və mürəkkəb hesab edirik ki, bütün bu vəziyyət təhrik edilib və indi bundan birbaşa divident alanlar tərəfindən şişirdilir. Bundan birbaşa dividend alanlar, nəticədə, minlərlə insan, o cümlədən dinc sakinlər qaçqın vəziyyətinə düşüb”, – o, Minskdə macar həmkarı Peter Szijyarto ilə danışıqlardan sonra bildirib.

Aleynik vurğulayıb ki, “Minskinin mövqeyi əvvəldən dəyişməzdir – insan itkisi dayandırılmalı və danışıqlara başlanmalıdır”.

“Hazırda biz də öz tərəfimizdən bu işdə kömək etməyə hazırıq”, – deyə Aleynik vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!