Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2024 / 14:23

ABŞ BMT TŞ-NİN QƏZZA İLƏ BAĞLI YENİ QƏTNAMƏSİNİN QƏBULUNU ZƏRURİ HESAB ETMİR

Birləşmiş Ştatlar hesab edir ki, BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı yeni qətnamənin qəbulu faydalı olmayacaq və mövcud vəziyyətə təsir göstərə bilməyəcək.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Robert Vud məlumat verib.

“Mövcud vəziyyətlə bağlı hər hansı əlavə məhsul yəqin ki, faydalı olmayacaq və yerdəki vəziyyəti dəyişməyəcək”, – o bildirib.

Çərşənbə axşamı Əlcəzair Təhlükəsizlik Şurasına Rəfahdakı döyüşləri dayandırmağa çağırılacaq bir qətnamə layihəsi təqdim edəcəyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!